"Bu, Ermənistan, Azərbaycan, ABŞ və bütün dünya üçün tarixi bir gün olacaq" - D. Tramp
- Obyektiv Media
- Aug 8
- 1 min read

ABŞ Prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ilə keçiriləcək görüşləri ilə bağlı paylaşım edib.
Tramp yazıb: "Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın tarixi sülh sammitində iştirak etmək üçün Ağ Evə səfərini səbirsizliklə gözləyirəm. Bu iki ölkə uzun illərdir ki, müharibə vəziyyətindədir və bu da minlərlə insanın ölümünə səbəb olub. Bir çox liderlər müharibəyə son qoymağa çalışsalar da, "TRAMP" gələnə qədər uğur qazana bilmədilər. Mənim administrasiyam xeyli vaxtdır ki, hər iki tərəflə danışıqlar aparır."
Onun sözlərinə görə, avqustun 8-də Prezident Əliyev və Baş nazir Paşinyan sülh müqaviləsinin rəsmi imzalanma mərasimi üçün Ağ Evdə onunla birlikdə olacaqlar. Trampın fikrincə, ABŞ həmçinin hər iki ölkə ilə "Cənubi Qafqaz regionunun potensialını tam açmaq" üçün iqtisadi imkanların birgə istifadəsinə dair ikitərəfli müqavilələr imzalayacaq. Tramp sözlərini belə yekunlaşdırıb: "Ermənistan və Azərbaycanın böyük xalqlarının maraqları naminə doğru addım atan bu cəsur liderlərlə çox fəxr edirəm. Bu, Ermənistan, Azərbaycan, ABŞ və bütün dünya üçün tarixi bir gün olacaq. Görüşənədək."



Comments