top of page

30 ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirilib

  • Obyektiv Media
  • Aug 5
  • 1 min read
ree

Ukraynada müharibə nəticəsində zərər çəkmiş 30 uşaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya üzrə Dövlət Agentliyinin tabeliyində reabilitasiya olunmaq üçün Azərbaycana gətirilib.

Agentliyin Qəbələ Uşaq Bərpa Mərkəzində uşaqların emosional vəziyyətinin stabilləşdirilməsi və cəmiyyətə inteqrasiyasının asanlaşdırılması üçün 10 günlük proqram çərçivəsində onlara tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək. Psixoloqlar fərdi məsləhətləşmələr, qrup terapiyası, yoqa və rəqs terapiyası dərsləri də təşkil edəcəklər.


Proqrama həmçinin uşaqların Qəbələ və Şəkidəki istirahət mərkəzlərinə, tarix və memarlıq abidələrinə ekskursiyaları daxildir.* Əvvəlki 7 qrupla birlikdə 200-dən çox ukraynalı uşaq Azərbaycana gətirilib, onlara sosial-psixoloji reabilitasiya xidməti göstərilib.

Comments


bottom of page