Pentaqon tərəfindən dərc edilən "UNO (Uçan Naməlum Obyektlər) faylları"nda Azərbaycanın da adı çəkilir
- 2 days ago
- 1 min read

Mayın 8-də ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Prezident Donald Trampın göstərişi ilə "UNO faylları" adlandırılan məxfi sənədlərin ilkin hissəsini ictimaiyyətə açıqlayıb.
Dərc olunmuş sənədlərdən biri həmçinin Azərbaycana aiddir.
1955-ci ilə aid hesabatda ABŞ ordusunun Hetuey (Hathaway) adlı zabitinin Bakı yaxınlığında uzun bir yük vaqonları sırasını necə müşahidə etdiyi təfərrüatları ilə qeyd olunub. Onun verdiyi məlumata əsasən, hər bir vaqonda bir taqım əsgəri daşıya bilən desant gəmisi olub və onlara fərqli uniformalı şəxslər nəzarət edib.
Bakı üzərində reaktiv təyyarə görünsə də, yüksək hündürlükdə uçduğuna görə onun hansı təyyarə olduğunu müəyyən etmək mümkün olmayıb.
Hesabatda göstərilir ki, zabitin komandası mülki hava limanına gəlib və şəhərə doğru gedərkən başqa bir hava limanını da müşahidə ediblər. "İnturist" mehmanxanasındakı nümayəndə onlara bildirib ki, bu, hərbi təlimlər üçün nəzərdə tutulmuş hava limanıdır.



Comments