top of page

Azərbaycan və Ermənistan sülh sazişini paraf etdilər

  • Obyektiv Media
  • Aug 9
  • 1 min read
ree

Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi paraf ediblər. Sazişin mətni bazar ertəsi günü ictimaiyyətə açıqlanacaq. Tərəflər həmçinin Minsk Qrupunun və əlaqəli strukturların fəaliyyətinə xitam verilməsi barədə ATƏT-ə birgə müraciət imzalayıblar.


“Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişin mətni tərəflər arasında 2025-ci ilin martında razılaşdırılıb.


Paraf etmək o deməkdir ki, sazişə artıq heç bir dəyişiklik və əlavə edilə bilməz.


Azərbaycan müqavilənin yekun imzalanması üçün şərt olaraq Ermənistan Konstitusiyasından “Dağlıq Qarabağ”a dair hər hansı bir istinadın aradan qaldırılmasını irəli sürmüşdü.

Comments


bottom of page