top of page

Əliyev və Paşinyan sülh barədə razılaşdılar və Trampı Nobel mükafatına namizəd göstərdilər

  • Obyektiv Media
  • Aug 8
  • 1 min read

Updated: Aug 10

ree

ABŞ, Azərbaycan və Ermənistan liderləri – Donald Tramp, İlham Əliyev və Nikol Paşinyan arasında avqustun 8-də Vaşinqtonda keçirilən danışıqlar birgə bəyannamənin imzalanması ilə başa çatıb.


Mərasimdə Tramp, Ermənistan və Azərbaycanın hərbi qarşıdurmadan imtina etmək və diplomatik əlaqələri bərpa etmək barədə razılığa gəldiklərini bildirib.


Tramp, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra "Onlar 35 il döyüşüblər. İndi isə dostdurlar" dedi.


Paşinyan və Əliyev Trampı Nobel Sülh Mükafatına namizəd göstərməyi təklif etdilər.


Danışıqların nəticəsi olaraq ABŞ, Azərbaycanla hərbi əməkdaşlığa qoyulan məhdudiyyətləri də aradan qaldırır və hər iki ölkə ilə enerji, ticarət və süni intellektin inkişafı sahəsində əməkdaşlıq etməyi planlaşdırır.


Bundan başqa, Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizinin bir hissəsi 99 illiyinə Amerika şirkətinə verilir. Tranzit dəhlizi "Beynəlxalq Sülh və Rifah Uğrunda Tramp Yolu" (Trump Route for International Peace and Prosperity, və ya TRIPP) adlandırılacaq.


Bu yol Azərbaycanın qərb hissəsini onun Naxçıvan eksklavı ilə birləşdirəcək.


Azərbaycan və Ermənistan, iki ölkə arasında münaqişənin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk Qrupunun buraxılması barədə ATƏT-ə birgə müraciət etmək barədə də razılığa gəldilər.

Comments


bottom of page