AZAL donanmasına yeni Airbus A320neo əlavə edib
- Obyektiv Media
- Sep 21
- 1 min read

Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” QSC (AZAL) yeni “Airbus A320neo” sərnişin təyyarəsini istifadəyə verib.
Yeni təyyarənin əsas üstünlüklərindən biri onun yüksək sürətli internet bağlantısıdır.
Yeni Airbus A320neo-nun təqdimatı AZAL-ın inkişafında mühüm mərhələ olacaq. Şirkətin bəyanatında deyilir ki, bu təyyarələr əməliyyat xərclərini azaltmağa, aviaşirkətin regional hava nəqliyyatı bazarında mövqeyini gücləndirməyə və Bakının Avropa və Asiya arasında aviasiya qovşağı kimi rolunu artırmağa kömək edəcək.
Aviaşirkət oktyabrın əvvəlində daha bir Airbus A320neo almağı planlaşdırır. 2032-ci ilə qədər AZAL öz donanmasına 30-dan çox yeni təyyarə əlavə etmək niyyətindədir.
Hazırda AZAL-ın donanması müxtəlif tipli 25 təyyarədən ibarətdir. Eyni zamanda, artan sərnişin axınını təmin etmək üçün aviaşirkət üç Airbus A320 təyyarəsini müvəqqəti icarəyə götürüb.



Comments