top of page

Avropa Komissiyasının üzvü Marta Kos Azərbaycana səfər edir

  • Obyektiv Media
  • Sep 17
  • 1 min read
Avropa Komissiyasının qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Marta Kos sentyabrın 18-də Azərbaycana səfərə gələcək.

Avropa Komissiyasının qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Marta Kos sentyabrın 18-də Azərbaycana səfərə gələcək.


Aİ-nin Azərbaycandakı nümayəndəliyinin bəyanatında deyildiyi kimi, "səfər Ermənistan-Azərbaycan sülh prosesində həlledici məqama təsadüf edir və regional inkişafa konkret töhfə kimi "Aİ-nin Regionlararası qarşılıqlı fəaliyyət Gündəliyini" təqdim etmək imkanı verəcək".


Bundan əlavə, press-relizdə qeyd olunur ki, "komissar Kos Azərbaycan hakimiyyəti ilə "energetika, nəqliyyat və minalardan təmizləmə də daxil olmaqla, ümumi strateji maraqları" müzakirə edəcək". Kos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Xarici İşlər naziri Ceyhun Bayramov və İqtisadiyyat naziri Mikayıl Cabbarovla yüksək səviyyəli görüşlər keçirəcək.


Komissar həmçinin Ağdama səfər edəcək, orada minalardan təmizləmə işlərində iştirak edən nümayəndələrlə görüşəcək.

Comments


bottom of page