Azərbaycan hərbi xərcləri artıracaq
- Obyektiv Media
- Sep 16
- 1 min read
Updated: Sep 17

2026-cı ildə Azərbaycanın müdafiə və təhlükəsizlik xərcləri 8 milyard 714,8 milyon manat (5 milyard 126,47 milyon ABŞ dolları) təşkil edəcək. Bu barədə Azərbaycan Maliyyə Nazirliyinin 2026-cı ilin icmal və dövlət büdcələrinin ilkin göstəriciləri haqqında məlumatında deyilir.
Göstərilən məbləğ 2025-ci il üçün təsdiq edilmiş proqnozdan 3,8% çoxdur.
Ümumilikdə, gələn il büdcənin gəlirləri 38 milyard 423 milyon manat (22 milyard 602 milyon ABŞ dolları), xərcləri isə 41 milyard 548,6 milyon manat (24 milyard 441 milyon ABŞ dolları) proqnozlaşdırılır.-0-



Comments