"Rusiya ilə Azərbaycanın münasibətlərində problemlər var" - Putin (yenilənib)
- Obyektiv Media
- Sep 3
- 1 min read

Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycanın münasibətlərində problemlər olduğunu, lakin "əlaqələrin inkişafına marağın hər şeyi öz yerinə qoyacağını" bildirib.
"Ölkələr arasında münasibətlərdə cari vəziyyətə və ya siyasi konyunkturaya əsaslanan suallar həmişə yaranır. Problemlər var. Biz bu gün prezident [Azərbaycan Prezidenti İlham] Əliyevlə görüşdük, bir-iki kəlmə söz danışdıq", - Putin deyib.
Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev Pekində keçirilən təntənəli mərasimdə bir-birləri ilə əl sıxaraq salamlaşsalar da, onlar arasında “əsaslı ünsiyyət” olmayıb. Bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskov deyib: "Onlar Əliyevlə salamlaşdılar, əl sıxdılar, lakin heç bir əsaslı ünsiyyət [yəni konkret məzmunu olan və praktiki nəticələrə yönəlmiş] olmadı".
Əliyev və Putin ŞƏT sammitində və İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyi münasibətilə keçirilən təntənəli tədbirlərdə iştirak etmək məqsədilə Çin Xalq Respublikasında olublar.
Comments