top of page

Azərbaycan və Ukrayna strateji tərəfdaşlığı gücləndirir

  • Obyektiv Media
  • Sep 3
  • 1 min read
Azərbaycan və Ukrayna strateji tərəfdaşlığı gücləndirir. Rəsmilər birgə addımlar və humanitar yardım, o cümlədən enerji avadanlıqlarının çatdırılması barədə danışıblar.

Azərbaycan və Ukrayna strateji tərəfdaşlığı gücləndirmək üçün addımlar atmaq barədə razılığa gəliblər.


Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifovun Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husevlə görüşündə danışılıb.


“Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifovla məhsuldar görüş və səmərəli müzakirə apardıq. Yeni humanitar yardım partiyasına görə minnətdaram - energetika avadanlıqları artıq çatdırılıb. Strateji tərəfdaşlığımızı daha da gücləndirmək üçün birgə addımlar atmaq barədə razılığa gəldik”, - Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husev yazıb.

Comments


bottom of page