top of page

Əliyev və Paşinyan Çində görüşüblər

  • Obyektiv Media
  • Sep 1
  • 1 min read
ree

Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşüblər.


Azərbaycan dövlət başçısının saytının məlumatına görə, “liderlər konstruktiv dialoqun, qarşılıqlı etimadın və regional sabitliyin vacibliyini vurğulayaraq, Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə ediblər”. Məlumatın sonunda deyilir: “Hər iki lider sülhün irəliləməsi və münasibətlərin normallaşması prosesinə beynəlxalq dəstəyi təsdiqləyən son Vaşinqton sammitində əldə edilmiş müsbət dinamikanı qeyd etdilər. Tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər”.


Bu, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması və münasibətlərin normallaşması haqqında sazişin paraflanmasından sonra Əliyev və Paşinyan arasında ilk görüş olub.

Comments


bottom of page