Xaçmazda Şaftalı Festivalı keçirilib
- Obyektiv Media
- Aug 8
- 1 min read

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzinin Xaçmaz Rayon İcra Hakimiyyəti ilə birgə Xudat şəhərində yerləşən “Food City” aqrokompleksinin ərazisində təşkil etdiyi festivallar ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması, yerli məhsulların bazarlara çıxışının genişləndirilməsi və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının təbliği məqsədi daşıyır.
Şaftalı festivalında rayonda fəaliyyət göstərən fermerlər və ailə təsərrüfatları öz məhsullarını nümayiş etdirərək birbaşa satışa çıxarırlar.
Comments