top of page

Türkiyədə Qars-Naxçıvan dəmir yolunun tikintisinə başlanılıb

  • Obyektiv Media
  • Aug 22
  • 1 min read
ree

Cümə günü, avqustun 22-də Türkiyənin şərqindəki İğdır vilayətində Qars-İğdır-Aralık-Dilucu (Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədi) dəmir yolunun tikintisinə başlanılması mərasimi keçirilib.


Tamaşaçılar qarşısında çıxış edən Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu 224 kilometrlik Qars-Naxçıvan dəmir yolunu Türkiyənin regional və qlobal oyunçularla əlaqələrinin inkişafı üçün mühüm təkan, Ankaranın geostrateji liderliyinə töhfə adlandırıb.


"Yeni dəmir yolu marşrutunun işə düşməsi ilə Cənubi Qafqazda sülh və inkişafın yeni səhifəsi açılacaq. Biz bütün Avrasiyanın gələcəyinə təsir edəcək bir təşəbbüs həyata keçiririk", - Türkiyə Nəqliyyat Nazirliyinin rəhbəri vurğulayıb.

O əlavə edib: "Bu gün biz təkcə dəmir yolunun tikintisinə başlanılması mərasimində iştirak etmirik, həm də Türkiyə, Azərbaycan və Ermənistanı birləşdirən körpünün təməlqoyma mərasiminin şahidi oluruq. Bu layihə Pekindən Londona qədər geniş ərazidə sosial-iqtisadi əlaqələrin hərtərəfli inkişafı üçün təkan olacaq". Nazir vurğulayıb: “Qars-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin və “Avrasiyada Sülh və Əməkdaşlıq Yol Xəritəsinin” həyata keçirilməsi istiqamətində konkret addımdır. Nəqliyyat Nazirliyinin rəhbəri yeni dəmir yolunun Türkiyənin mərkəzi nəqliyyat arteriyalarından birinə çevriləcəyinə əminliyini ifadə edib. 4-5 il ərzində tamamlanmalıdır.

Comments


bottom of page