Kəlbəcərdə: üç kiçik su elektrik stansiyası istifadəyə verilib
- Obyektiv Media
- Aug 22
- 1 min read

Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcər rayonunun Vəng kəndində “Azərenerji” ASC-nin “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışında iştirak edib.
“Aşağı Vəng” və “Nadirxanlı” stansiyalarının ildə 48 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Qənaət edilən təbii qazın həcmi 12,5 milyon kubmetr təşkil edəcək ki, bu da ildə 23 min ton karbon qazının atmosferə atılmasının qarşısını alacaq. Məntəqələr Kəlbəcər rayonunun 8 sakinini işlə təmin edib.
Çaykənd kiçik su elektrik stansiyasının gücü 5 MVt-dır. Stansiyada ildə 15 milyon kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulur ki, bu da 3,2 milyon kubmetr təbii qaza qənaət etməyə və atmosferə 6 min ton karbon qazı emissiyasının qarşısını almağa imkan verəcək. Burada dörd kəlbəcər sakini işlə təmin olunub.
Comments