Külli miqdarda narkotik partiyasının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınıb
- Obyektiv Media
- Aug 19
- 1 min read
Updated: Aug 26

Avqustun 15-də Dövlət Sərhəd Xidmətinin Lənkəran Sərhəd Dəstəsinin məsuliyyət zonasında İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 40 kiloqram 900 qram (37 kiloqram 900 qram marixuana, 3 kiloqram tiryək) və tərkibində narkotik vasitə olan 5000 ədəd M-40 markalı metadon həbləri aşkar edilərək götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Comments