top of page

Qadın sürücülərə avtobus sürmək öyrədilir

  • Obyektiv Media
  • Aug 13
  • 1 min read
ree

İctimai nəqliyyatda qadın sürücülərin sayının artırılması məqsədilə Azərbaycan Quru Nəqliyyat Agentliyi (AYNA) yeni təlim proqramına start verib. Proqram çərçivəsində namizədlər avtobus sürücüsü kimi peşə fəaliyyətlərinə başlamaq üçün nəzəri və praktiki təlim keçirlər.


Təlim başa çatdıqdan sonra iştirakçılar xüsusi hazırlanmış marşrutlar üzrə pulsuz sürücülük imtahanları verirlər. Bu mərhələdə həm nəzəri biliklər, həm də praktiki bacarıqlar hərtərəfli qiymətləndirilir.


AYNA-nın bu təşəbbüsü qadınların iqtisadi fəallığını dəstəkləyir və onların nəqliyyat sektorunda rolunu artırır. Bu, həm də ictimai nəqliyyatda xidmət keyfiyyətinin və sərnişin məmnunluğu səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verir.

Comments


bottom of page