Bakıda Beynəlxalq Film Festivalı keçiriləcək
- Obyektiv Media
- Aug 18
- 1 min read

Oktyabrın 6-dan 12-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kinematoqrafiya Agentliyinin dəstəyi ilə “Bakı Yaradıcılıq Həftəsi 2025” çərçivəsində “Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı keçiriləcək. Festival İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə birgə təşkil olunur.
Tədbirdə 3000-ə yaxın yerli və xarici qonaq iştirak edəcək. “Baku Cinema Breeze” çərçivəsində Şərq Ölkələrinin Film Bazarı, “ATA” Türk Dünyası II Animasiya Festivalı, İslam Ölkələri Kino Günləri və “CinemaTalks” panel müzakirələri keçiriləcək.



Comments