top of page

Cəlilabad rayonunda 30 kq narkotik vasitə götürülüb

  • Obyektiv Media
  • Aug 6
  • 1 min read
ree

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Cəlilabad rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı Cəlilabad rayon sakini, 50 yaşlı Elşən Şəmmədovu saxlayıblar. Ondan 30 kq marixuana aşkar edilərək götürülüb.


Müəyyən edilib ki, Elşən Şəmmədov müxtəlif vaxtlarda İran vətəndaşları ilə əlbir olub və ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinin əsas təşkilatçılarından olub.


Faktla bağlı cinayət işi açılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.



Comments


bottom of page