Azərbaycan NATO ilə Tərəfdaşlığa Sadiqdir
- Obyektiv Media
- Aug 13
- 1 min read

"Azərbaycan Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində beynəlxalq sülhə və təhlükəsizliyə töhfə verməyə qərarlıdır", - deyə Azərbaycanın NATO-dakı nümayəndəliyinin X sosial şəbəkəsindəki paylaşımında qeyd olunub.
Həmçinin NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Boris Rugeyə 8 avqust tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmalarla bağlı təbriklərinə görə təşəkkür bildirilib.
Avqustun 12-də NATO Baş katibinin köməkçisi Boris Ruge Alyansda Azərbaycan və Ermənistan nümayəndələri ilə görüşüb. Onlar Vaşinqtondakı liderlərin danışıqlarının nəticələrini müzakirə ediblər.
Comments