top of page

Avropa İttifaqı (Aİ) Türkiyədə yerləşən Azərbaycanın “STAR” neft emalı zavoduna qarşı sanksiyalar tətbiq edib.Bu barədə OC Media sentyabrın 4-də Aİ rəsmisinə istinadən məlumat yayıb

  • Obyektiv Media
  • Sep 4
  • 1 min read
Aİ, Rusiya neftini emal etdiyi üçün Türkiyədəki Azərbaycanın STAR neft emalı zavoduna qarşı sanksiya tətbiq edib. Məqsəd, Rusiyanın müharibə xərclərini azaltmaqdır.

Məlumata görə, sanksiyalar nəticəsində zavodda emal olunan məhsullar Aİ ölkələrinə idxal edilə bilməz. Bu, zavodun Rusiya xam neftini emal etməsi ilə bağlıdır.


Sanksiyalar bu ilin iyul ayında, Aİ-nin Rusiyanın Ukraynanı işğalına cavab olaraq qəbul etdiyi 18-ci sanksiyalar paketi çərçivəsində qüvvəyə minib.


Sanksiyalar paketində məhsullarının idxalı qadağan edilmiş 26 təşkilatın adı çəkilir. Bunların arasında Çin, Honkonq, Hindistan və Türkiyədə fəaliyyət göstərən 11 logistika şirkəti var, lakin konkret neft emalı zavodlarının adı sadalanmır.


Lakin OC Media-nın sorğusuna cavab olaraq, Aİ-nin rəsmi nümayəndəsi Anitta Hipper, Azərbaycanın dövlət neft şirkəti SOCAR-a məxsus STAR neft emalı zavodunun da pakete daxil olduğunu təsdiqləyib.


Hipper, məqsədin Rusiyanı neft gəlirlərindən məhrum etmək olduğunu vurğulayıb.


“Bu addım Rusiya neftinin hər hansı formada Aİ bazarına daxil olmasının qarşısını almaq məqsədi daşıyır və Rusiyanın müharibə aparmaq qabiliyyətini tədricən zəiflətməyə yönəlmiş Aİ strategiyasının bir hissəsidir”, – o qeyd edib.


STAR neft emalı zavodu daha əvvəl də diqqət mərkəzində olub. 2023-cü ilin sonunda Azərbaycan zavodun Amerika banklarından aldığı kreditləri Rusiya kreditorlarına ötürüb və tankerlərini Rusiya neftinin daşınması üçün yenidən təchiz edib.


2024-cü ildə Global Witness ekoloji təşkilatı STAR zavodunda emal olunan xam neftin əsas hissəsinin Rusiyadan idxal edilib və Aİ-yə ixrac edilib.


Nəqliyyat məlumatları da göstərib ki, 2024-cü ilin əvvəlində zavodda emal olunan xam neftin 90%-dən çoxu Rusiyadan gəlib.


2024-cü ilin birinci rübündə STAR zavodu təxminən 1.2 milyard dollar dəyərində Rusiya nefti idxal edib. 2023-cü ilin tam ili üçün bu rəqəm 500 milyon dollar təşkil edib.


SOCAR və Azərbaycan Respublikasının hökuməti hələlik Aİ-nin STAR zavoduna qarşı sanksiyaları ilə bağlı xəbərlərə şərh verməyib.

Comments


bottom of page