top of page

ATƏT ATƏT-in Minsk Qrupunu və onunla əlaqəli strukturları ləğv edir

  • Obyektiv Media
  • Sep 1
  • 1 min read
ree

 

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, sentyabrın 1-də ATƏT-in Nazirlər Şurası ATƏT-in Minsk prosesini və onunla əlaqəli strukturların bağlanması barədə qərar qəbul edib.


Bu qərar 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri arasında keçirilən görüş çərçivəsində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə ünvanladığı birgə məktub-müraciət əsasında qəbul olunub.


Beləliklə, ATƏT-in Minsk prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişə üzrə şəxsi nümayəndəsinin, eləcə də Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyəti sentyabrın 1-dən etibarən dayandırılır, Azərbaycan XİN-in bəyanatında qeyd olunur.


ATƏT-in Katibliyinə yuxarıda adı çəkilən strukturların bağlanmasından irəli gələn inzibati və texniki məsələlərin həllini 2025-ci il dekabrın 1-dən gec olmayaraq başa çatdırmaq tapşırılıb.


Bundan əlavə, Azərbaycan Xarici İşlər Nazirliyi vurğulayır ki, "ATƏT çərçivəsində əvvəllər keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul edilmiş bütün qərarlar qüvvəsini itirir və tətbiq edilməyəcək".


Nazirlik Azərbaycanın "beynəlxalq hüquq normalarına əsaslanan prinsipial və ardıcıl mövqeyinə sadiq qalaraq regionda sülhün və sabitliyin möhkəmləndirilməsi işini davam etdirəcəyini" bildirib.

Comments


bottom of page