Rusiya ATƏT-in Minsk Qrupunun ləğvinə mane olmayacaq
- Obyektiv Media
- Aug 29
- 1 min read

Rusiya, Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun ləğvi barədə birgə qərarını dəstəkləyir. Bu barədə Rusiya nümayəndəsi Aleksandr Lukaşeviç RBC-yə bildirib və qrupun son olaraq 2025-ci ilin dekabrına qədər ləğv edilməsinin planlaşdırıldığını qeyd edib.
Onun sözlərinə görə, üç institutun - Minsk Qrupunun, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə xitam verilməsi nəzərdə tutulur.
"Tərəflərin bu qurumların saxlanmasının məqsədəuyğun olmaması barədə mövqeyini nəzərə alaraq, onların ləğvinə mane olmaq üçün heç bir əsas görmürük", - diplomat deyib.
Bundan əvvəl, avqustun 26-da Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov bildirmişdi ki, ATƏT-in Daimi Şurası Minsk Qrupunun ləğvi barədə qərarı sentyabrın 1-də qəbul edəcək.
Comments