top of page

Qətərdə keçiriləcək fövqəladə sammitdə Azərbaycanı xarici işlər naziri təmsil edəcək

  • Obyektiv Media
  • Sep 14
  • 1 min read

İsrailin Dohada Həmas rəhbərliyinə endirdiyi zərbə ilə əlaqədar sentyabrın 14-də Qətərdə ərəb və islam ölkələrinin iştirakı ilə fövqəladə sammit keçiriləcək.

İsrailin Dohada Həmas rəhbərliyinə endirdiyi zərbə ilə əlaqədar sentyabrın 14-də Qətərdə ərəb və islam ölkələrinin iştirakı ilə fövqəladə sammit keçiriləcək.


Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sammitdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək.


Sentyabrın 9-da İsrail ənənəvi olaraq Dohada yerləşən Həmas rəhbərliyinin nümayəndələrinin yaşadığı binaya zərbələr endirib. HƏMAS hərəkat rəhbərliyinin bütün yüksək səviyyəli üzvlərinin zərbədən sağ çıxdığını, lakin altı nəfərin, o cümlədən HƏMAS-ın xaricdəki baş müzakirəçisi Xəlil əl-Hayyanın oğlu Hamam Xəlil əl-Hayyanın həlak olduğunu bildirib.


Rusiya, ABŞ, ərəb ölkələri və Avropa İttifaqı bu cür hərəkətləri pisləyib.


Bir gün əvvəl Qətərin baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani CNN-ə bildirib ki, İsrailin hərəkəti Qəzza zolağında saxlanılan girovların danışıqlar yolu ilə azad edilməsi ehtimalına son qoyub.

Comments


bottom of page