İraq vətəndaşı Ermənistan-Azərbaycan sərhədini qanunsuz keçməyə cəhd edib
- Obyektiv Media
- Sep 2
- 1 min read

İraq vətəndaşı Ermənistandan Azərbaycana dövlət sərhədini qanunsuz keçməyə cəhd edərkən saxlanılıb.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatına görə, hadisə sentyabrın 1-də "Qubadlı" sərhəd diviziyasının xidməti ərazisində baş verib. Sərhədçilər Ermənistan istiqamətindən dövlət sərhədini pozan bir şəxsi aşkar ediblər.
"Çətin keçilən relyefə malik mürəkkəb dağlıq-meşəlik ərazidə keçirilən əməliyyat tədbirləri nəticəsində 2002-ci il təvəllüdlü İraq vətəndaşı Əli Emad Attallah Bədravi saxlanılıb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir", - DSX-nin məlumatında bildirilib.
Comments