top of page

Bakının tələbi ilə UNICEF Azərbaycandakı nümayəndəliyini bağlayır

  • Obyektiv Media
  • Jul 29
  • 1 min read

Updated: Aug 2

ree

UNICEF-in Azərbaycandakı nümayəndəliyi 2025-ci il sentyabrın 3-də ölkədəki fəaliyyətini dayandıracaq. Bu barədə beynəlxalq təşkilatın Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya İdarəsinin Regional rəhbəri İrina Mazur məlumat verib.


Mazur qeyd edib ki, "UNICEF-in Azərbaycandakı fəaliyyəti 2025-ci il sentyabrın 3-də dayandırılacaq. UNICEF regional ofisi və qərargahı vasitəsilə Azərbaycandakı tərəfdaşları ilə əməkdaşlığı davam etdirəcək."


Bu il martın 3-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov BMT-nin Avropa və Mərkəzi Asiya üzrə Koordinasiya Ofisinin Regional direktoru Qvi-Yeop Son ilə görüşündə bildirib ki, Bakının bəzi BMT strukturları ilə gələcək əməkdaşlığı "milli prioritetlərə uyğun olaraq layihə əməkdaşlığı mexanizmi vasitəsilə" davam etdiriləcək.

Həmçinin vurğulanıb ki, bəzi BMT strukturları ilə gələcək əməkdaşlıq birbaşa onların qərargahları vasitəsilə həyata keçiriləcək.


Elə həmin vaxt rəsmi Bakı BMT-nin Azərbaycandakı digər ofislərinin – BMT İnkişaf Proqramının (UNDP), BMT-nin Əhali Fondunun (UNFPA) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) ofislərinin də bağlanmasını təklif edib.

Hökumətyönlü medianın məlumatına görə, Azərbaycan hakimiyyəti BMT ofislərinin müstəqil QHT-ləri maliyyələşdirməsindən və yerli ekspertlərin alternativ tədqiqatlarını dəstəkləməsindən narazı qalıb.

Comments


bottom of page