Bakı Mirziyoyevi Təhqirə Görə Axtarışda Olan Özbəkistan Vətəndaşını Ekstradisiya Etdi
- Obyektiv Media
- Jul 25
- 1 min read
Updated: Aug 2

Azərbaycan Respublikasının Baş Prokurorluğu Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin "şərəfini alçaltmaq" ittihamı ilə beynəlxalq axtarışda olan şəxsi Özbəkistanın hüquq-mühafizə orqanlarına təhvil verib.
Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, 1982-ci il təvəllüdlü Amonbek Yusupov 2025-ci ilin aprelində Bakıda həbs edilib.
Baş Prokurorluq vurğulayıb ki, Yusupovun təhvil verilməsi barədə qərar Mülki, Ailə və Cinayət İşləri üzrə Hüquqi Yardım haqqında beynəlxalq Konvensiyaya uyğun olaraq qəbul edilib.
Prezidenti təhqir etmə maddəsi həm Özbəkistan, həm də Azərbaycan qanunvericiliyində mövcuddur. Özbəkistan hakimiyyəti Yusupovun ekstradisiyası ilə bağlı hələlik heç bir şərh verməyib.
Comments