top of page

Ağcabədidə polis 14 kiloqram marixuana və həşiş aşkar edib

  • Obyektiv Media
  • Aug 5
  • 1 min read
ree


Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri keçirib. Tədbir zamanı rayon sakinləri Babək Ələkbərov, Samir Qədirov və qardaşı Ceyhun Qədirov saxlanılıb, onlardan 10 kiloqrama yaxın marixuana və 4 kiloqramdan artıq həşiş aşkar edilərək götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitəni satış məqsədi ilə aldıqlarını bildiriblər.


Faktla bağlı cinayət işi açılıb, adıçəkilən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.

Comments


bottom of page