Azərbaycan Rusiyanın Təcavüzünə və Hörmətsizliyinə Dözməyəcək – İlham Əliyev
- Obyektiv Media
- Aug 27
- 2 min read

Azərbaycan Rusiyanın təcavüzünə və hörmətsizliyinə dözməyəcək, Prezident İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində bildirib.
O, Rusiyalı qüvvələr tərəfindən Azərbaycanın mülki təyyarəsinin vurulmasının və Rusiya rəsmilərinin insidentə reaksiyasının Azərbaycanda böyük məyusluq və narazılığa səbəb olduğunu deyib.
“Əvvəla, bu baş verməməli idi, çünki Rusiya hava limanlarına pilotsuz uçuş aparatları ilə hücumlar zamanı onlar xüsusi rejim elan edirlər. Rus dilində bu rejim "Kover" adlanır və o elan edildikdə bütün təyyarələrə pilotsuz uçuş aparatları hücumu barədə siqnal verilir və onlar geri dönürlər. Qəzadan iki həftə əvvəl eyni şey eyni Rusiya şəhərinə uçan bizim təyyarəmizlə də baş vermişdi. Pilotlar siqnalı almış və geri dönmüşdülər. Bu dəfə onlar belə bir siqnal vermədilər. Siqnalı yalnız təyyarə vurulduqdan sonra verdilər. Bu, sadəcə, araşdırma aparacaqları çaşdırmaq üçün bunu etdikləri deməkdir. Onlar təyyarəni iki dəfə vurdular. Yalnız pilotların peşəkarlığı və cəsarəti təyyarənin enməsinə imkan verdi və xoşbəxtlikdən, Rusiyada deyil, Qazaxıstanda endi,” Əliyev davam etdi.
O, təyyarənin vurulmasının dəlillərinə işarə edib.
“Təyyarədə olan iki nəfər fyuzelyajı deşən qəlpələrdən yaralandı. Təyyarənin qalıqları var… Bütün fyuzelyaj qəlpələrlə deşik-deşik olmuşdu. Bu, Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən zədələnmişdi. Hər şeydən əvvəl, təyyarə ümumiyyətlə vurulmamalı idi. Lakin bu, faciəli bir səhv idi,” Azərbaycan Prezidenti daha sonra qeyd edib.
O, ikitərəfli münasibətlərdəki vəziyyəti "çox ciddi" adlandırıb. “Lakin biz bu münasibətlərin pisləşməsini istəməmişdik. Bəli, xalqımız məyus, əsəbi və qəzəbli idi. Biz gözləyirdik ki, gec-tez araşdırma başa çatacaq. Amma sonra Rusiyada azərbaycanlılara qarşı bu əsassız hücumlar başladı. İki nəfərə işgəncə verilmiş və öldürülmüşdü. Sonra gələn rəsmi məlumatda isə onların ürək tutmasından öldüyü deyilirdi. Hətta dedikləri kimi, 20 il əvvəl cinayət törətsələr belə, onlar insandırlar. Onlarla belə rəftar etmək olmaz. Bu necə bir münasibətdir? Onların arasında Azərbaycan və azərbaycan əsilli Rusiya vətəndaşları var idi. Bu, xalqımıza qarşı misli görünməmiş bir hərəkət idi. Biz münasibətlərin pisləşməsinə görə məsuliyyət daşımırıq. Biz konstruktiv və qanuni şəkildə cavab veririk, lakin bizə qarşı hər hansı bir təcavüz əlamətinə və ya hörmətsizlik təzahürünə heç vaxt dözməyəcəyik," Əliyev bəyan edib.
“…Azərbaycanın etməyə çalışdığı şeyləri dayandıra biləcək Rusiyanın regiondakı addımlarından qorxmursunuzmu?” sualına Azərbaycan rəhbəri RF-nin "Ermənistanda bir neçə min hərbi qulluqçusu olan hərbi bazası" olduğunu cavab verib. "Eyni zamanda, Ermənistanın İran və Türkiyə ilə sərhədləri Rusiya sərhədçiləri tərəfindən qorunur. Azərbaycan ərazisində bir dənə də olsun Rusiya əsgəri yoxdur. Mən Ermənistanda nə baş verə biləcəyini bilmirəm. Ancaq belə bir neqativ nəticə barədə düşünmək istəmirəm," Azərbaycan Prezidenti vurğulayıb.



Comments