top of page

AZAL sərnişinlər üçün yeni «Air Tastes»xidmətini təqdim edir

  • Obyektiv Media
  • Aug 6
  • 1 min read
ree

Azərbaycanın milli aviadaşıyıcısı AZAL uçuş zamanı sərnişinlərin təcrübəsini zənginləşdirmək, xidmətlərin keyfiyyətini və çeşidini artırmaq məqsədilə yeni «Air Tastes» xidmətini təqdim edib.


AZAL-dan bildirilib ki, bu onlayn xidmət sayəsində ekonom sinif sərnişinləri uçuşdan əvvəl fərdi seçimlərinə uyğun olaraq genişləndirilmiş menyudan yemək sifariş edə biləcəklər.


Yeni menyuda üç növ səhər yeməyi, həmçinin üç növ nahar və ya şam yeməyi təklif olunur. Menyuya ət, toyuq, balıq, tərəvəz, qəlyanaltılar və ləzzətli desertlərdən ibarət yeməklər daxildir.


Bu xidmətdən istifadə edən sərnişinlərə standart menyu deyil, uçuş zamanı fərdi zövqə uyğun seçilmiş menyu təklif olunur. Qeyd edək ki, «Air Tastes»xidməti ödənişli xidmətdir və sərnişinin uçuşdan əvvəl seçimi əsasında təqdim olunur.


Air Tastes xidmətini yalnız onlayn rejimdə - AZAL-ın www.azal.az rəsmi saytında və ya uçuşa 24 saat qalmış “Broninqin idarə edilməsi” bölməsindəki mobil əlavədə sifariş etmək olar.


Bu yenilik AZAL-ın rəqəmsallaşma strategiyasının bir hissəsi kimi tətbiq edilib və sərnişin məmnunluğunun artırılmasına yönəlib.



Comments


bottom of page