ABŞ-da Trampın müttəfiqi öldürüldü
- Obyektiv Media
- 2 days ago
- 2 min read

Kanadanın "The Globe and Mail" qəzeti qeyd edir ki, amerikalı mühafizəkar fəal Çarli Kirkin öldürülməsi ABŞ Prezidenti Donald Trampın MAGA ("Make America Great Again", "Amerikanı Yenidən Böyük Edək") hərəkatı üçün ciddi itki oldu.
Nəşr hesab edir ki, "onun ölümü Trampın hərəkatını ən görkəmli və effektiv nümayəndələrindən birindən məhrum edir."
Kirk təkcə gəncləri Tramp hərəkatına cəlb etməyi deyil, həm də onların dəstəyindən səmərəli istifadə etməyi bacaran ən nüfuzlu sağçı fəallardan biri idi. "The Globe and Mail" onun Yuta ştatında bir universitetin ərazisində öldürülməsini simvolik adlandırır, çünki Kirk son illərdə məhz bu cür yerlərdə gənc seçicilərlə uğurla işləyirdi.
Nəşr, mərhum fəal üçün matəm əlaməti olaraq prezidentin ölkə daxilində dövlət bayraqlarının yarıya qədər endirilməsi barədə sərəncam verdiyini xatırladaraq, Kirkin Tramp üçün əhəmiyyətini vurğulayır.
Siyasi fəal və Trampın tərəfdarı Çarli Kirk Yuta ştatında yerləşən Utah Valley Universitetinin kampusunda çıxışı zamanı güllələnib. Kirk boynundan yaralanıb. O, kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bir qədər sonra ABŞ prezidenti Donald Trampın BİBİC-ə verdiyi məlumata görə, Kirk vəfat edib.
Tramp özünün "Truth Social" sosial şəbəkəsində bildirib ki, matəm əlaməti olaraq ölkənin bütün ərazisində bayraqların dörd gün müddətinə, yəni bazar günü axşama qədər endirilməsi barədə sərəncam verib.
“Böyük və hətta əfsanəvi Çarli Kirk vəfat etdi. Amerika Birləşmiş Ştatlarının gənclərini heç kim Çarlidən yaxşı başa düşmürdü və onlara ürəkdən yanmırdı. HƏR KƏS onu sevirdi və ona heyran idi, xüsusən də mən, indi isə o, artıq aramızda deyil. Mən və Melania onun gözəl həyat yoldaşı Erikaya və ailəsinə başsağlığı veririk. Çarli, biz səni sevirik!”, - deyə Tramp yazıb.
31 yaşlı Çarli Kirk Trampın tanınmış tərəfdarı və podkast aparıcısıdır, o, məktəblərdə, kolleclərdə və universitetlərdə mühafizəkar dəyərləri təbliğ etmək üçün "Turning Point USA" tələbə birliyini təsis edib.
Kirk 100-200 metr məsafədən atəşə tutulub. Əvvəlcə yerli hakimiyyət orqanları hücumda şübhəli bilinən şəxsin saxlanıldığını bildirmişdi, lakin daha sonra məlum olub ki, atəş açan hələ saxlanılmayıb.
Comments