top of page

Elina Valtonenin Azərbaycana Səfəri Təxirə Salındı

Oct 14, 2025
1 min read
Elina Valtonenin 
Elina Valtonenin

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiya xarici işlər naziri Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb.


Elina Valtonenin Azərbaycana səfəri oktyabrın 13-15-nə nəzərdə tutulan Cənubi Qafqaza regional səfəri çərçivəsində planlaşdırılmışdı.


Valtonen əvvəlcə, oktyabrın 13-də Azərbaycana səfər etməli idi.


Lakin Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Ayxan Hacızadənin bildirdiyinə görə, səfər Prezident İlham Əliyevin oktyabrın 13-də Misirdə keçirilən Yaxın Şərq Sülh Zirvəsinə dəvəti ilə əlaqədar təxirə salınıb.


O əlavə edib ki, hazırda Valtonenin Azərbaycana səfərinin yeni tarixinin razılaşdırılması üzərində iş aparılır.


Oktyabrın 14-də Valtonen Ermənistana səfər edib, oktyabrın 15-də isə Gürcüstana səfəri baş tutacaq.

 
 
 
bottom of page