top of page

Azərbaycan Suriyaya təbii qaz tədarükünə başlayır

  • Obyektiv Media
  • Jul 24
  • 1 min read

Updated: Aug 2

ree

Türkiyənin Akşam nəşrinin məlumatına görə, Azərbaycan avqustun 1-dən Suriyaya təbii qaz tədarükünə başlayacaq. Yanacaq Ərəb Respublikasına Türkiyə ərazisindən nəql olunacaq.


İlkin mərhələdə ildə 1,2 milyard kubmetr qazın tədarükü planlaşdırılır. Yanacaq əsasən Suriyanın Hələb və Homs əyalətlərindəki buxar-qaz elektrik stansiyalarında elektrik enerjisi istehsalı üçün istifadə olunacaq.


Tədarük Türkiyənin Kilis şəhərindən Suriya sərhədinə gedən boru kəməri ilə həyata keçiriləcək.


Azərbaycandan Suriyaya qaz tədarükü ilə bağlı yekun razılaşmalar Suriya Prezidenti Əhməd əş-Şaraanın Bakıya səfəri zamanı iyulun 12-də əldə edilib.


Əhməd əş-Şaraaının səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.


Daha əvvəl "Middle East" nəşri xəbər vermişdi ki, Suriya Prezidenti Əhməd əş-Şaraa ilə Azərbaycan Prezidenti İlham Əliyevin aprel ayında Antalyada keçirilən ilk ikitərəfli görüşündə Dəməşq SOCAR-ın Suriyanın neft-qaz sektorunda iştirakında maraqlı olduğunu bildirib. Xüsusilə, bu, şirkətin Suriyanın şimal-şərqindəki neft-qaz yataqlarının işlənməsində iştirak etmək imkanını əhatə edirdi (bölgənin böyük hissəsi ABŞ-ın dəstəklədiyi "Suriya Demokratik Qüvvələri" (SDQ) silahlı birləşmələri tərəfindən nəzarət edilir).

Comments


bottom of page