Əli Zeynala ailəsilə yalnız şüşə arxasından görüşə icazə verildiyi bildirilir
- Obyektiv Media
- Oct 17
- 1 min read

"Toplum TV işi” üzrə həbsdə olan Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Əli Zeynala saxlanıldığı Bakı İstintaq Təcridxanasında ailəsi ilə yalnız şüşə arxasından görüşməyə icazə verildiyi bildirilib.
Qeyd edilib ki, oktyabrın 12-də ailəsi ilə görüşən Əli Zeynala konfidensial görüş imkanı verilməyib. Onun ailəsi nəşrə bildirib ki, bu qərarın verilməsinə səbəbin Əli Zeynalın təcridxanadan ictimailəşdirdiyi yazılar olduğunu düşünürlər.
Əli Zeynal daha əvvəl təcridxanadan göndərdiyi yazılarda məhbusların saxlanma şəraitinin ağır olduğunu və dərman gətirilməsi üçün rüşvət tələb olunduğunu açıqlamışdı. Bu yazılardan sonra o, bir neçə dəfə cərimə kamerasına salınıb.
"Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər barəsində cinayət işi açılıb. İttihamlar əvvəlcə qaçaqmalçılıq maddəsi ilə irəli sürülsə də, sonradan daha ağır ittihamlarla əvəzlənib. Təqsirləndirilən şəxslər bütün iddiaları rədd edir və həbslərinin siyasi sifariş olduğunu bildirirlər.



Comments