Xaricdə Yaşayan İctimai Fəallar Barəsində Qiyabi Həbs Qərarı Verilib
- Obyektiv Media
- Nov 16, 2025
- 2 min read

Sevinc Osmanqızı Baş Prokurorluğa Çağırılıb
Xaricdə yaşayan jurnalist Sevinc Osmanqızı və bloqer Abid Qafarov Baş Prokurorluğa çağırış alıblar.
Osmangızı Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa, kütləvi iğtişaşlara və zorakılığa çağırışlar etmə) və 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.
O, hazırda axtarışdadır və Binəqədi Rayon Məhkəməsi onun barəsində qiyabi həbs qətimkan tədbiri seçib.
Bloqer Abid Qafarov Cinayət Məcəlləsinin 467-13.4-cü maddəsi ilə bağlı ittihamlarla əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsindən rəsmi bildiriş alıb.
Qafarov 2025-ci il noyabrın 20-dək İstintaq İdarəsinə gəlməlidir. O da Osmangizi ilə eyni maddələr — 220.2 və 281.2 ilə ittiham olunur.
Qafarov ölkədən kənarda olduğu üçün o da axtarışa verilib və Binəqədi Rayon Məhkəməsi onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.
Osmangızı “Azadlıq Radiosu”na bildirib ki, bu çağırış onun üçün gözlənilməz olmayıb: “Əgər sən bir “Youtube” kanalının aparıcısısansa, hər gün efirdəsənsə və rejimin maraqlarına toxunursansa, potensial hədəfsən”.
Osmangizi bu ittihamları rədd edərək, bunun sözdən qorxutma olduğunu vurğulayıb.
Qafarov öz “Facebook” səhifəsində cavab verib: “Hələlik heç kimi iğtişaşa və ya qarşıdurmaya səsləməmişəm. Amma hakimiyyətin bütün siyasi və sosial institutları məhv etməsi bizi elə vətəndaş qarşıdurmasına aparır.”
Əlavə Çağırışlar
Azərbaycan Baş Prokurorluğu ABŞ-da yaşayan jurnalist Sevinc Osmangızı (Mirzəyeva) ilə yanaşı, xaricdə yaşayan digər ictimai fəal Beydulla Manafovu da istintaqa çağırıb. Manafov Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə yanaşı, 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçilik salınmasına yönələn hərəkətlər) maddələri ilə də ittiham olunur.
Prokurorluğun müraciəti noyabrın 13-də İTV-də yayımlanıb və Osmangızıdan noyabrın 20-si saat 16:00-da, Qafarovdan isə eyni tarixdə saat 12:00-da Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməsi tələb olunub.
S. Osmangızıya fevralın 23-də rəsmi ittiham irəli sürülüb. Prokurorluq iddia edir ki, o, 2019 və 2020-ci illərdəki çıxışlarında Azərbaycanda insanların iradəsinə təsir edərək hakimiyyətin qanunsuz və zor tətbiqi yolu ilə ələ keçirilməsinə təşviq edib.
Prokurorluq Osmangızıya xəbərdarlıq edib ki, çağırışa gəlmədiyi halda, barəsində qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıla bilər.
Baş Prokurorluq son vaxtlar xaricdə fəaliyyət göstərən bloqerləri və onlayn televiziya nümayəndələrini oxşar ittihamlarla istintaqa çağırıb və tez-tez onlar barəsində qiyabi həbs qətimkan tədbirləri seçib.



Comments