Türkiyə, Azərbaycanın Ermənistanla Antalyada danışıqlarını hazırlayır
- Obyektiv Media
- Nov 9
- 1 min read

Türkiyə Xarici İşlər Nazirliyi, Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan və Ermənistan nümayəndələrinin görüşünün keçirilməsi ilə bağlı tərəflərlə məsləhətləşmələr aparır.
Bu barədə Türkiyənin NATO Parlament Assambleyasındakı nümayəndəsi, xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
O, görüşlərin yekununda konkret nəticələr əldə olunacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, Antalya Diplomatiya Forumu 17-19 aprel 2026-cı il tarixlərində keçiriləcək.



Comments