top of page

Rusiya Azərbaycanın ŞƏT-ə qəbulunu əngəllədi - Media

  • Obyektiv Media
  • Sep 5
  • 1 min read
Rusiya və Hindistanın Azərbaycanın ŞƏT-ə üzvlüyünü niyə əngəllədiyini öyrənin. Siyasi dinamikanı və bu addımın Çinlə əlaqələrə necə təsir edə biləcəyini araşdırın.

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən sammitində Azərbaycanın bu təşkilata üzvlüyünə təkcə Hindistan deyil, Rusiya da mane oldu. Bu barədə pro-hökumət Azərbaycan xəbər agentliyi APA məlumat yayıb.


APA-nın diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması təkcə Hindistan tərəfindən deyil, həm də Rusiyanın bu prosesdə fəal iştirakı ilə baş verib. Bu prosesdə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi əsas rol oynayıb.


Mənbənin bildirdiyinə görə, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması məsələsi Rusiya və Hindistan arasında aparılan siyasi məsləhətləşmələr zamanı müzakirə edilib və tərəflər müvafiq razılığa gəliblər. Lakin Rusiya kölgədə qalaraq Hindistanı ön plana çıxarıb.


Rusiya tərəfindən atılan bu addım Çinə qarşı hörmətsizlik kimi qiymətləndirilir. Çünki Pekin "Şanxay ruhuna" uyğun olaraq təşkilatın genişlənməsinin tərəfdarıdır və Azərbaycanın üzvlüyünü dəstəkləyirdi.

Comments


bottom of page