“Məni təkadamlıq kamerada işgəncəyə məruz qoydular”
- Obyektiv Media
- 12 hours ago
- 1 min read

“Meydan TV işi” üzrə həbs edilən Nurlan Libre təcridxanadan yazır:
Respublika Baş Prokuroru cənab Kamran Əliyevə Qəhrəmanlı Nurlan Ramiz oğlu tərəfindən
Ərizə
Yazıb sizə bildirirəm ki, 1 dekabr 2025-ci ildə Penitensiar Xidmətin “konvoy” alayının əməkdaşları tərəfindən Səbail Rayon Məhkəməsinin, dustaqlar saxlanılan kamerasında zorakılığa məruz qalmışam. Belə ki, səhər saat 11 radələrində mən, nəzarətçilərə ilkin tibbi yardım vasitələrinin (tənzif, pambıq, yod, spirt və s.) olmamasını irad bildirirərək “konvoy” rəisinə sözügedən vasitələlərlə dustaqları təmin etməli olduğunu dedim. Bu zaman 4-5 nəzarətçi mənim qolumu buraraq qandalladı, əl zərbələlələri və təhqirlərlə təkadamlıq kameraya saldılar. Əllərimə arxadan elə bərk qandal vurdular ki, izi hələ də qalır. Başqa bir qandalla da məni “Fələstin halqası” işgəncə metodu ilə stola bağladılar. Təxminən 1 saat belə saxladıqdan sonra məni məhkəmə zalına apardılar. Yalnız orada vəkilimin müdaxiləsindən sonra, mənə qarşı olan qeyri-insani hal dayandı. Bütün bu zorakılıq halları məhkəmənin təhlükəsizlik kameralarına düşüb. Vəkilim Pərviz Hacıyev və mənimlə birgə gətirilən beş dustaq da bu hadisəni görüb.
Azərbaycan dövlətinin adı tez-tez beynəlxalq hesabatlarda, saxlanılan şəxslərə qarşı qeyri-insani rəftarda hallanır. Dəfələrlə Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanı pis rəftar hallarını araşdırılmamasına görə cərimələyib, insan ləyaqətinə hörmət etməyə çağırıb. Təəssüf kli, ölkənin hüquq-mühafizə orqanları bu çağırışlara məhəl qoyamayaraq, ölkənin adını batırmağa davam edirlər. İlham Əliyevin prezident olduğu ölkədən, insan haqlarına hörmət gözləmək gülünc səslənir.
Nurlan Qəhrəmanlı
1 saylı Bakı İstintaq Təcridxanası



Comments