top of page

Hüquq müdafiəçisi Florian İrmingərə Azərbaycana viza verilməyib

  • 4 days ago
  • 1 min read
Florian İrmingər
Florian İrmingər

Beynəlxalq hüquq müdafiəçisi Florian İrmingerə Azərbaycana gəlmək üçün viza verilməyib. Bu addım Azərbaycan hakimiyyətinin beynəlxalq müşahidəçiləri ölkəyə buraxmamaq siyasətinin davam etməsini göstərir.


Florian İrminger beynəlxalq insan hüquqları müdafiəsi sahəsində tanınan mütəxəssisdir. Onun Azərbaycana səfərinin əsas məqsədi, mənbələrə görə, həbsdəki aktivistlər, jurnalistlər və siyasi məhbuslarla bağlı vəziyyəti yerindəcə qiymətləndirmək idi.


Bu vəziyyət Azərbaycana beynəlxalq nüfuzun artırılması üçün qoyulan tələblərlə birbaşa ziddiyyət təşkil edir. Avropa İnsan Hüquqları Məhkəməsinin ölkəyə məhkum hökmlərinin sayının artdığı bir vaxtda beynəlxalq müstəqil müşahidəçilərin ölkəyə girişinin məhdudlaşdırılması ciddi narahatlıq doğurur.


Comments


bottom of page