top of page

Gürcüstan Milli Bankının beynəlxalq ehtiyatları 5 milyard dolları ötüb

  • Obyektiv Media
  • Sep 1
  • 1 min read
ree

Gürcüstan Milli Bankının beynəlxalq ehtiyatları 2025-ci ilin yanvar-iyul aylarında 1,3 milyard dollar artıb.

Bildirilir ki, ehtiyatların həcminin dəyişməsi hökumətin və Gürcüstan Milli Bankının valyuta bazarındakı əməliyyatları ilə bağlıdır.


İyul ayında Bmatch platformasına müdaxilələr nəticəsində tənzimləyici valyuta ehtiyatlarını 416,9 milyon ABŞ dolları artırıb, iyulda ölkənin beynəlxalq ehtiyatlarının həcmi isə 5 milyard ABŞ dollarını ötüb.


"Beynəlxalq valyuta ehtiyatları ölkənin makroiqtisadi sabitliyinin mühüm təminatçısıdır. Bu baxımdan tənzimləyici tərəfindən valyuta ehtiyatlarının artırılmasına daim diqqət yetirilir ki, bu da bankın bəyan etdiyi siyasətlə təsdiqlənir. Əlverişli bazar şəraitində Milli Bank ölkənin beynəlxalq ehtiyatlarını artırır", - məlumatda deyilir. Qeyd edək ki, Gürcüstan Milli Bankının beynəlxalq ehtiyatları 2023-cü ilin avqustunda tarixi maksimuma 5 milyard 436,8 milyon dollara çatıb.

Comments


bottom of page