top of page

Emoməli Rəhmon Qızına “Əməkdar İşçi” Fəxri Adı Verib

  • Obyektiv Media
  • Aug 27
  • 1 min read
ree

Tacikistan Prezidenti Emoməli Rəhmon, öz administrasiyasına rəhbərlik edən qızı Ozoda Rəhmona "Əməkdar İşçi" fəxri adı verib. Bu barədə "Radio Azattyk" məlumat yayıb. Dövlət mükafatlarının və fəxri adların verilməsi mərasimi avqustun 25-də Düşənbədə keçirilib. Tədbir, sentyabrın 9-da qeyd edilən Müstəqillik Günü münasibətilə təşkil olunub.


Prezidentin rəsmi saytında verilən məlumata görə, təxminən 200 nəfər, o cümlədən 23 nəfər "Tacikistanın Əməkdar İşçisi" fəxri adına layiq görülüb. Məlumatda deyilir ki, mükafatlar öz fəaliyyətlərində "dəyərli nəticələr" əldə etmiş şəxslərə verilir.

Ozoda Rəhmon 2016-cı ildən prezident administrasiyasının rəhbəridir.


10 il əvvəl o, atasının əlindən I dərəcəli "Şərəf" ordeni almışdı. Həmin vaxt Ozoda Rəhmon Xarici İşlər Nazirinin birinci müavini vəzifəsində çalışırdı.


46 yaşlı Ozoda, Emoməli Rəhmon ailəsinin doqquz övladından ən böyüyüdür. Onun yeddi qızı və iki oğlu var. Onların bəziləri mühüm dövlət vəzifələrində çalışır.


Rüstəm Emoməli Düşənbənin meri və eyni zamanda parlamentin yuxarı palatasının sədridir. O, atasının prezident vəzifəsində potensial varisi adlandırılır.


Bu ay Rəhmonun kiçik qızı Farzona Emoməli Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin islahatlar, ilkin tibbi-sanitar yardım və beynəlxalq əlaqələr şöbəsinin rəisi təyin olunub.


Onun bacısı Ruxşona Emoməli Böyük Britaniyada səfirdir.


2023-cü ildə "Radio Azad Avropa/Radio Azadlıq"ın (Ozodi) Tacikistan redaksiyası Rəhmonun digər qızı Pərvinanın inzibati resursların dəstəyi ilə altı il ərzində ölkənin əczaçılıq bazarının liderinə çevrilən bir şirkətə nəzarət etdiyini bildirib.


Zarina Rəhmon ötən ildən "Orienbank" kommersiya bankının idarə heyəti sədrinin müavini vəzifəsini tutur.


Təhminə Rəhmonova isə jurnalistlərin məlumatına görə, Tacikistanda aviabilet satış bazarına nəzarət edən "Hava Rabitəsi Agentliyi" şirkətinin təsisçisi olub.

Comments


bottom of page