top of page

Böyük Britaniya Azərbaycana və Ermənistana Silah Tədarükünə Qoyulan Embarqonu Ləğv Etdi

  • Obyektiv Media
  • Oct 14
  • 1 min read
Böyük Britaniya Azərbaycana və Ermənistana silah tədarükünə qoyulan embarqonu tamamilə ləğv edib. Bu barədə Böyük Britaniya Parlamentinin saytında dərc edilmiş Avropa və Şimali Amerika üzrə Dövlət Naziri Stiven Dautinin yazılı bəyanatında qeyd olunur.Böyük Britaniya Azərbaycana və Ermənistana silah tədarükünə qoyulan embarqonu tamamilə ləğv edib. Bu barədə Böyük Britaniya Parlamentinin saytında dərc edilmiş Avropa və Şimali Amerika üzrə Dövlət Naziri Stiven Dautinin yazılı bəyanatında qeyd olunur.

Böyük Britaniya Azərbaycana və Ermənistana silah tədarükünə qoyulan embarqonu tamamilə ləğv edib. Bu barədə Böyük Britaniya Parlamentinin saytında dərc edilmiş Avropa və Şimali Amerika üzrə Dövlət Naziri Stiven Dautinin yazılı bəyanatında qeyd olunur.


Sənəddə Londonun Ermənistan və Azərbaycan arasında sülh prosesində əldə edilmiş irəliləyişi alqışladığı vurğulanır. Dautinin sözlərinə görə, bu, "sülhə və sabitliyə doğru mühüm bir addımdır."


Nazir xatırladıb ki, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli sammit keçirilib, yekununda sülh müqaviləsi paraf edilib və bəyannamə imzalanıb.


Dauti daha sonra bildirib: "Onların irəliləyişini qəbul edərək və sülhə doğru daha da irəliləməyi dəstəkləmək məqsədilə, Böyük Britaniya hökuməti Ermənistan və Azərbaycan ilə ikitərəfli əlaqələrin səviyyəsini strateji tərəfdaşlığa yüksəltmək qərarına gəldi. Bu, ticarət, təhlükəsizlik və müdafiə kimi sahələrdə əməkdaşlığı möhkəmləndirəcək və əldə olunmuş tərəqqiyə nəzarət etmək üçün nazir səviyyəsində illik görüşlərlə dəstəklənəcək. Mən avqustun 24-dən 26-dək Böyük Britaniyanın dəstəyini təsdiqləmək məqsədilə Ermənistan və Azərbaycana səfər etdim və hər iki ölkənin liderləri ilə Birləşmiş Krallığın Cənubi Qafqazda uzunmüddətli sülh perspektivlərini gücləndirmək üçün hansı praktiki tədbirləri görə biləcəyini müzakirə etdim. Biz Ermənistan və Azərbaycanın sülh yolunda irəliləyişini alqışlamaq və dəstəkləmək üçün dərhal tədbirlər gördük, o cümlədən onların xahişi ilə ATƏT-in Minsk Qrupunun ləğvini dəstəklədik."


Böyük Britaniya Ermənistan və Azərbaycan üçün silah tədarükünə qoyulan embarqonu tamamilə ləğv edir. "Bu, təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına və ölkələrin suverenliyini və ərazi bütövlüyünü qorumağa, o cümlədən hibrid təhdidlərə qarşı cavab tədbirlərinə kömək edəcək. İxrac lisenziyaları ciddi meyarlar əsasında fərdi qaydada nəzərdən keçiriləcək," – bəyanatın sonunda bildirilir.

Comments


bottom of page