top of page

Azərbaycanda hüquqşünas Namizad Səfərov saxlanılıb

  • Obyektiv Media
  • 10 hours ago
  • 1 min read
Azerbaijani lawyer and human rights advocate Namizad Safarov was detained on Dec 9th, reportedly by plain-clothed individuals. Pro-government media cites "fraud" allegations. The detention of the prominent activist, known for his civic stance, sparks serious concerns for political figures in Azerbaijan. Read the full details.
Namizad Safarov

Azərbaycanda fəal vətəndaş mövqeyi ilə tanınan hüquqşünas və hüquq müdafiəçisi, keçmiş vəkil Namizad Səfərov saxlanılıb. Hakimiyyətyönlü media Səfərovun 'dələduzluqda' şübhəli bilindiyini xəbər verir.


Hüquqşünas və hüquq müdafiəçisi Namizad Səfərov dekabrın 9-u günorta saatlarında saxlanılıb, bu barədə onun yaxınları məlumat verib.


'Namizad Səfərov mülki geyimli şəxslər tərəfindən saxlanılıb və naməlum istiqamətə aparılıb', - deyə onun qohumu bildirib.


Hakimiyyətyönlü APA agentliyi isə öz növbəsində bildirib ki, 'İlkin məlumata görə, onun (Namizad Səfərovun) saxlanılmasının səbəbi dələduzluqla bağlı şikayətlər olub'.


Namizad Səfərov fəal vətəndaş mövqeyi, ictimai və hüquq müdafiəçiliyi fəaliyyəti ilə tanınır.


O, 1990-cı illərin əvvəllərindən vəkillik fəaliyyəti ilə məşğul olub. Lakin 2005-ci ildə Səfərov Vəkillər Kollegiyasından çıxarılıb və o, bu qərarı qurumun rəhbərliyini tənqid etməsi ilə əlaqələndirib.


Səfərov fəal ictimai-siyasi fəaliyyətlə məşğul olub, 2013-cü ildə Demokratik Qüvvələrin Milli Şurasının yaradılmasında iştirak edib.

2024-cü ildə Səfərov xaricdə siyasi mühacirlər tərəfindən yaradılan 'Azərbaycan Xalq Parlamentinin' üzvü olub.

Comments


bottom of page