Azərbaycan və Aİ yüksək səviyyəli iqtisadi işçi qrupu yaradacaq
- Obyektiv Media
- Sep 22
- 1 min read

Azərbaycan və Avropa İttifaqı (Aİ) yüksək səviyyəli iqtisadi işçi qrupu yaratmaq barədə razılığa gəliblər, bu barədə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos sentyabrın 18-də Azərbaycana səfərinin yekunları ilə bağlı məlumat verib.
"Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla fəal müzakirə apardıq. Regionda (Cənubi Qafqaz) sülh bazarlar, ticarət və investisiyalar üçün imkanlar açır. Onlardan istifadə etmək üçün yüksək səviyyəli İqtisadi İşçi Qrupu yaratmaq barədə razılığa gəldik," - Kos Cabbarovla görüşünün yekunları ilə bağlı X sosial şəbəkəsində yazıb.
O, əlavə edib ki, Azərbaycan və Aİ tərəfdaşlığı gücləndirməyə davam edəcəklər.
Bu ilin yazında Aİ-nin xarici işlər və siyasət üzrə Ali nümayəndəsi Kaja Kallasın Bakıya səfəri zamanı tərəflər yeni hərtərəfli tərəfdaşlıq sazişi üzərində işi bərpa etmək barədə razılığa gəliblər.
Sənəd üzərində işə demək olar ki, 10 il əvvəl başlanılıb. Məlumatlı mənbələrdən verilən xəbərlərə görə, tərəflər arasında fikir ayrılıqları əsasən ticarət məsələləri ilə bağlıdır.



Comments