top of page

AZAL İki Şəhərə Uçuşları Bərpa Edir

Aug 7, 2025
1 min read

Azərbaycanın milli hava daşıyıcısı AZAL, 2025-ci il sentyabrın 3-dən etibarən yeni Bakı–Təbriz–Bakı marşrutu üzrə birbaşa uçuşları bərpa edir.


Şirkətdən verilən məlumata görə, Bakı–Təbriz–Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri həyata keçiriləcək.


Bununla yanaşı, AZAL 2025-ci il sentyabrın 1-dən etibarən İranın paytaxtı Tehrana uçuşları bərpa edir. Bakı–Tehran–Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, cümə axşamı, cümə və şənbə günləri yerinə yetiriləcək. İrana uçuşlar bu ilin iyun ayında bu ölkə ilə İsrail arasında baş vermiş silahlı münaqişə səbəbindən dayandırılmışdı.

 
 
 
bottom of page