top of page

Prezident İlham Əliyev İsrailin Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

  • Obyektiv Media
  • Aug 18
  • 1 min read
ree

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krausun etimadnaməsini qəbul edib.


Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, İsrail şirkətləri Azərbaycanda bundan sonra da fəal fəaliyyət göstərəcəklər.


Səfir Ronen Kraus İsrail-Azərbaycan münasibətlərini həqiqətən strateji adlandıraraq, ölkələrimizin liderləri və xalqları arasında həqiqətən də dostluq münasibətlərinin olduğunu qeyd edib.


Səfir Azərbaycanın yəhudi icmasına göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, Qubanın Qırmızı Qəsəbəsinə dəfələrlə səfər etdiyini və burada yəhudi icması üçün yaradılan şəraitlə tanış olduğunu vurğulayıb.

Comments


bottom of page