Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
- Obyektiv Media
- Aug 22
- 1 min read

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də Türkmənistana işgüzar səfərə gəlib.
Türkmənbaşı Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin ticarət məsələləri üzrə müavini Nokerqulu Ataqulyev və digər rəsmi şəxslər qarşıladılar.
Comments